SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qəbələ" Yunanıstanın titullu klubu "Panatinaikos"u qəbul edib. 
 
BAKU.WS-in məlumatına görə, "Bakcell Arena"da baş tutan ilk matçda xoşagəlməz hadisə baş verib. Redaksiyamıza göndərilmiş videoda Azərbaycan klubunun bir neçə azarkeşi arasında mübahisə yaranıb. Şifahi söhbət sonradan davaya çevrilib. Bundan sonra "Bakcell Arena"da təhlükəsizliyi təmin edən polis əməkdaşları davaya müdaxilə edib. 

Polis əməkdaşlarının qısa danışıqlarından sonra azarkeşlər arasındakı münaqişə sakitləşdirilib. 
 
Həmin hadisənin videosunu təqdim edirik:
 
BAKU.WS