SİZİN REKLAM BURADA!
055 213 76 73


Zərdab rayonu Məlik Umudlu kəndində yaşayan 9 yaşlı Hüseynov Qaraxan Yasin oğlu oğurlanıb. 

BAKU.WS 
xəbər verir ki, məktəblinin anası Aynaz oğlunun sentyabrın 25-də məktəbdən çıxarkən qaçırıldığını deyib.

Oğlunu axtarıb tapılması üçün "Səni axtarıram" proqramına üz tutan ana Qaraxanın kim tərəfindən qaçırıldığını bilmədiyini deyib.

Oğlunu axtaran ana həyat yoldaşı ilə boşanma ərəfəsində olduğunu və avqust ayından etibarən iki uşağı ilə birlikdə ata evində yaşadığını açıqlayıb.

Qaraxanın atası tərəfindən qaçırıldığı ehtimal edilir.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO