VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcü nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü ilə Dövlət Avtomobil Nəqliyyat Xidməti müfəttişi arasında gərginlik yaşanıb.

BAKU.WS
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Videodan göründüyü kimi DANX əməkdaşı sürücüyə özünü təqdim etmir. Onunla kobud davranır.

Müfəttişin kobudluğu qarşısında sürücü çox sakit və mədəni formada danışır.

Özünü DANX əməkdaşı kimi təqdim edən şəxs isə daha çox qışqırır və sürücüyə 400 dollar cərimə yazacağı ilə hədələyir.

“Mən formadayam, bu mənim sənədimdir. Sən həddini aşma. Basacağam səni, gedəcəksən, 400 dollar cərimə yacağam biləcəksən”, - deyə DANX əməkdaşı bildirib.

Məsələ ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətiylə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirdi ki, yayılan video barədə məlumatlıdırlar.

Məsələ araşdırılacaq və qısa vaxtda açıqlama veriləcək.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO