Nəqliyyat müfəttişi ilə sürücü arasında gərginlik: “Lotuluq edirsən..." - VİDEO

23
sen
2019
16:31
Gürcü nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü ilə Dövlət Avtomobil Nəqliyyat Xidməti müfəttişi arasında gərginlik yaşanıb.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.Videodan göründüyü kimi DANX əməkdaşı sürücüyə özünü təqdim etmir. Onunla kobud davranır.Müfəttişin kobudluğu qarşısında sürücü çox sakit və mədəni formada danışır.Özünü DANX əməkdaşı kimi təqdim edən şəxs isə daha çox qışqırır və sürücüyə 400 dollar cərimə yazacağı ilə hədələyir.“Mən formadayam, bu mənim sənədimdir. Sən həddini aşma. Basacağam səni, gedəcəksən, 400 dollar cərimə yacağam biləcəksən”, - deyə DANX əməkdaşı bildirib.Məsələ ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətiylə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirdi ki, yayılan video barədə məlumatlıdırlar.Məsələ araşdırılacaq və qısa vaxtda açıqlama veriləcək.Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda yol polisini təhqir edən sürücü saxlanıldı - FOTO
Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.Bu barədə açıqlamasında B...