Bakıda avtobus sürücüsü insanların həyatı ilə belə oynayır - VİDEO

06
sen
2019
12:01
Bakıda daha bir sərnişin avtobusunun sürücüsü özbaşınalıq edib və kobud qayda pozuntusu ilə sərnişinlərin həyatını təhlükə altına atıb.BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə bu hadisənin görüntüləri yayılıb. Videodan da göründüyü kimi 57 nömrəli avtobusun sürücüsü maşını təhlükəli şəkildə idarə edir. Sürücü sükan arxasında telefonla oynayır. Üstəlik avtobusu necə gəldi idarə edir.Həmin avtobusun dövlət nömrə nişanı 90 RB 443, Bakı Nəqliyyat Agentliyinin təyin etdiyi xətt nömrəsi isə 22045-dir.Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ araşdırılacaq və məsələyə münasibət bildiriləcək.
Oxşar xəbərlər
Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atır - VİDEO
Bakıda qayda pozan marşrut avtobusunun sürücüsü təhlükəli hərəkət edib.BAKU.WS "report"a istinadən xəbər verir ki, avqustun 26-da paytaxtın Sabunçu rayonunda (M...
