7 günlük gəlinin qatili haqqında: "Meyit tapılanda dəli kimi bağırmağa başladı''
O, özünü çox soyuqqanlı aparırdı. Cinayətin sxemini də çox istedadla düşünmüşdü. Yaşadığı binanın müşahidə kamerasına düşməmək üçün hiylə də işlətmişdi. Törətdiyi cinayətin açılmayacağına o qədər əmin idi ki, Gülnarənin itkin düşməsini belə polisə özü xəbər vermişdi”.
Lent.az-ın "Life” portalına istinadən xəbərinə görə, bu sözləri Sankt-Peterburq şəhər Kirov rayonu polis idarəsinin rəis müavini Aleksandr Nesvit bildirib.
Rəis müavini bir həftəlik həyat yoldaşını öldürən azərbaycanlı Samir Həbibovun cinayət əməlini şərh edib. "İstintaqa verdiyi ilkin ifadədən məlum olub ki, Samir Gülnarəni telefon üstündə öldürüb. O, evdə olarkən Gülnarədən telefonu "zaryadkaya” qoşmağı tapşırıb. Amma başı işə-gücə qarışan Gülnarə bunu unudub. Dediyini eləyib-eləmədiyini soruşanda Gülnarə telefonun enerjiyə qoşulu olduğunu bildirib. Bu vaxt Samir telefonun hələ də stolun üstündə olduğunu görüb. Gülnarəni döyməyə başlayıb ki, sən mənə yalan danışırsan, adi şeylərdə yalan deyirsənsə, səndən hər şey gözləmək olar”.
Aleksandr Nesvitin dediyinə görə, Samirin vurduğu zərbələrdən Gülnarə yıxılıb. Başı yerə bərk dəydiyindən keçinib. "Bundan sonra Samir Gülnarənin meyitini kisəyə qoyub, maşınının yük yerinə atıb. Bundan sonra böyük qardaşına zəng edərək evlərinə çağırıb. Qardaşına bildirib ki, evdə bir qədər köhnə inşaat materialları var. Onu yığmağa kömək eləsin, bağa aparacaqlar. Qardaşı heç nədən şübhələnməyib. Amma Gülnarəni soruşub. Samir deyib ki, Gülnarə xəstələnib, o biri otaqda yatır. Samir telefonunu da qəsdən evdə qoyub ki, onun gedəcəyi yeri sonradan müəyyənləşdirə bilməsinlər. Qız itəndən sonra onu dəfələrlə dindirmişdik. Hər dəfə də hönkürüb ağlayırdı. Gülnarənin hansı paltarda evdən çıxdığını soruşduqda göy rəngdə kofta geydiyini bildirmişdi. Heç kəsdə şübhə yaratmamaq üçün həmin koftanı da yaxınlıqdakı parkda gizlətmişdi”.
Rəis müavininin dediyinə görə, Samir Gülnarənin meyitini bağa gətirəndən sonra qardaşı məsələdən agah olub. Ağlamağa başlayıb, bu cinayəti niyə etdiyini soruşub. Samir qardaşını da təhqir edib. Daha sonra Samir meyiti bağdan 18 km aralıda yerləşən meşəyə aparıb. Özü də velosipedlə. Nevsitin dediyinə görə, Samir velosipedi yolda bir neçə dəfə aşırdıb da. Amma arıq bədən quruluşlu Gülnarəni çətinliklə də olsa, meşəyə aparıb çıxarıb. O, meşədə dərinliyi bir metr olan yer hazırlayıb. Meyiti ora atıb üstünü torpaq və ağac yarpaqları ilə örtüb. Hətta qamış belə basdırıb ki, iz bilinməsin.
"Biz onu dəfələrlə dindirmişdik. Sonuncu dindirmə prosesinə psixofizioloqlar belə dəvət etmişdik ki, Samirin yalan danışıb-danışmadığını müəyyən etsinlər. Həmin mütəxəssis Samirin yalan dediyini bildirəndən sonra yenidən dindirməyə başladıq. Nəticədə o, hər şeyi boynuna aldı. Meyit tapılanda isə o, dəli kimi bağırmağa, ağlamağa başladı. Amma onunu davranışları səmimi deyildi”.
Nevsitin dediyinə görə, Samir bir dəfə məhkum həyatı yaşayıb. 6 il həbsdə olub. O, illər öncə onunla sevgi həyatı yaşamış qızın ölümündə günahkar bilinirdi. Gülnarəylə nişanlananda həbsdə olması barədə ona heç nə deməyib. Gülnarənin ata və anasının isə bu barədə xəbəri olub. Amma qızlarını ona ərə getməyə təhrik ediblər. Samirin atasının Peterburqda imkanlı birinin olması da bu məsələdə önəmli rol oynayıb.
Xatırladaq ki, dünən Samir Həbibov 3 milyon rubl (təxminən 67 min manat) girov müqabilində azadlığa buraxılıb.
BAKU.WS
Oxşar xəbərlər
Gülnar erməni qıza görə öldürülüb? - Qatil ərin dəhşətli cinayətləri
Gülnar Həbibovanın Rusiyanın Sankt-Petrburq şəhərində həyat yoldaşı Samir Həbibov tərəfindən amansızlıqla qətlə yetirilməsi yerli və Rusiya mətbuatının gündəmin...