Azərbaycanda məktəbli qızı qaçırdılar

Azərbaycanda məktəbli qızı  qaçırdılar
Hadisə 1590
Goranboy rayonunda azyaşlı qız qaçırılıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. İlkin məlumata görə 11-ci sinifdə təhsil alacaq (valideyinləri məktəbdən çıxarıb-red.) Elvina adlı qız mağazadan gələrkən qaçırılıb.Əldə etdiyimiz ilkin məlumatlara görə, hadisəni iki nəfər törədib və o şəxslərin hər ikisinin adı İlqardır. Onların yeznə qayın olduğu bildirilir. Həmin şəxslərdən biri kənd içində "Pişən" ləqəbi ilə çağrılır.Məhz "Pişən" məktəblini qaynı ilə birlikdə fiziki qüsurlu övladı üçün evlənmək məqsədi ilə qaçırıb.Hazırda Goranboy rayon Polis İdarəsinə məlumat verilib, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda 15 yaşlı qız qaçırıldı

Azərbaycanda 15 yaşlı qız qaçırıldı

Azərbaycanda 15 yaşlı qız qaçırılıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib.Sentyabrın 8-də saat 11:00 r...

578 Hadisə 15:38 09 sentyabr 2019

Son xəbərlər