SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə 4 nəfər qonşu tərəfindən döyülüb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin ət kombinatı adlanan ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, 1986-cı il təvəllüdlü Novruzov Ruslan Şahmar oğlu, onun həmyaşıdı Məmmədov Şamil Əli oğlu, 1990-cı il təvəllüdlü Məmmədova Maral Nürəddin qızı və Məmmədova Lalə Nürəddin qızı müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti orta-ağırdır.

Hazırda faktla bağlı araşdırma başlanılıb, insidentin səbəbləri dəqiqləşdirilir
BAKU.WS