SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə iri tonnajlı maşın körpüdən keçə bilmədi.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Zülfü Hacıyev küçəsində, Gəncə-Samux yolunun "Sovxoz Nizami" adlanan ərazisində yerləşən körpüdə qeydə alınıb.

Avtomobil körpünün dayaqlarından keçə bilməyib. Nəticədə sözügedən avtomobil yolunda 1 saatdan artıq tıxac yaranıb.

Gəncə Dövlət Yol Polisi əməkdaşlarının köməkliyi ilə iri tonnajlı avtomobili körpüdən çıxarmaq mümkün olub və yol hərəkəti təmin edilib.
BAKU.WS
VİDEO