Mahir Emrelidən atasına cavab: "Əgər ev ona məxsusdursa, evin kupçasını göstərsin"

11
sen
2019
17:52
Bu gün "Qarabağ” futbol klubunun oyunçusu Mahir Emrelinin yaşadığı evdə soyğunçuluq hadisəsi baş verib. Mahirin atası Anar Mədətov evin Mahirə aid olmadığını və 24 saat mühafizə olunduğunu deyib. BAKU.WS azxeber.com-a istinadən xəbər verir ki, futbolçu məsələnin polis tərəfindən araşdırıldığını deyib:"Bu haqda danışmaq istəmirəm. Polislər tərəfindən məsələ araşdırılır, istintaq sirri olduğundan bu haqda məlumat verə bilmərəm. Qaldı ev məsələsinə. Əgər ev ona məxsusdursa, evin kupçasını göstərsin". Qeyd edək ki, Mahir anası Elnurə ilə yolların ayıran Anar Mədətovun soyadından da imtina edib.
Oxşar xəbərlər
Anar Mədətov onu həyatından silən oğluna jest etdi - VİDEO
Prodüser Anar Mədətov oğlunun soyadını dəyişməsilə barışa bilmir.BAKU.WS xəbər verir ki, atasının ikinci dəfə evləndiyinə görə Mədətov soyadından imtina edib Em...