Dünən axşam saatlarında Bakının Sabunçu rayonunda yük maşını ilə minik avtomobili toqquşub.

BAKU.WS
xəbər verir ki, hadisənin görüntülərini Dj.Turalla AvtoStop “Facebook” səhifəsi paylaşıb. Videodan da göründüyü kimi yüksək sürətlə hərəkət edən yük maşını “Mercedes” markalı avtomobili vurub.

Belə ki, yük maşını “Mercedes”i sağdan ötmək istəyib. Bu zaman yük maşını "Mercedes" markalı avtomobilə ilişib və minik avtomobilini sürüyüb.

Hadisə Sabunçu dairəsində baş verib. Qəzanın görüntülərini təqdim edirik:
BAKU.WS


VİDEO