Şəkidə restoranda toy zamanı zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS 
xəbər verir ki, Şəki rayonu, Kiş kəndində 2005-ci il təvəllüdlü Yazgül Daşqın qızı Musayeva və 2006-cı il təvəllüdlü Nütvəli Daşqın oğlu musayev zəhərləniblər.

Onlar Şəki Mərkəzi rayon Xəstəxanasına “qida zəhərlənməsi” diaqnozu ilə daxil olublar.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd olunan şəxslər Şəki şəhərində yerləşən “Qrand” şadlıq sarayında keçirilən toyda yedikləri yeməkdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD

BAKU.WS