Azərbaycanda toyda kütləvi zəhərlənmə - 22 nəfər xəstəxanalıq oldu
02
iyl
2018
08:50
Astarada iyunun 30-da toyda zəhərlənmə olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.Zəhərlənən şəxslər Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.Hadisə "Şahin" şadlıq sarayında qeydə alınıb.Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kütləvi zəhərlənmə olub
Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən “report...