BAKU.WS-in redaktorunu döyən şəxs həbs edildi

29
avq
2019
16:36
BAKU.WS-in redaktoru, tanınmış jurnalist Zülfüqar Xeyirxəbərovu döyən şəxslə bağlı qərar verilib.Bu barədə Bas Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bildirilir ki, ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmiş Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda qaynanasını döyən kürəkəndən YENİ XƏBƏR
Bakıda qaynanasını döyən şəxslə bağlı cinayət işi başlanıb.Bu barədə Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamas...
