BAKU.WS-in redaktorunu döyən şəxs saxlanıldı - RƏSMİ

26
avq
2019
18:11
BAKU.WS-in redaktoru, jurnalist Zülfüqar Xeyirxəbərova təzyiq göstərməklə bədən xəsarəti yetirən, taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə "Daewoo" markalı avtomobilin sürücüsü 1993-cü il Seymur Mustafazadə Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq, saxlanılıb.Bu barədə Bakı şəhər BPİ Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə məlumat verib.Qurum rəsmisi bildirib ki, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb. Bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb. Faktla bağlı aparılan araşdırmalar zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə, onun nalayiq sözlərlə təhqir olunması səbəb olub.O da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib.Faktla bağlı araşdırmalar davam etdirilir. Toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda yol polisi ilə sürücü arasında nə baş verib? - RƏSMİ AÇIQLAMA
Avqustun 22-də Gəncə şəhər sakini Mehdi Əliyevin yol polisi tərəfindən döyülməsilə bağlı məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq...
