Bakının Nəsimi rayonunda itkin düşən 15 yaşlı Telli Asif qızı Axranova tapılıb.

Bu barədə qızın atası Asif Axranov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, qızı sağ-salamatdır və heç bir problemi yoxdur. 

Hüquq mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova yanvarın 27-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

Qız polisə verdiyi ifadəsində Sumqayıtdan Bakıya gəzməyə gəldiyini deyib. Onun sözlərinə görə, sonradan azıb və geri qayıda bilməyib.

Qeyd edək ki, T. Axranova yanvarın 24-də Sumqayıtda 1-ci mikrorayon ərazisində yerləşən mənzildən çıxaraq Bakı şəhərinə gəlib. Həmin gündən sonra onu tapmaq mümkün olmayıb. Onun itkin düşməsilə bağlı "Sumqayıtdan Bakıya gələn 14 yaşlı qız yoxa çıxdı" adlı yazıda məlumat vermişdik.

Ziya Babayev
BAKU.WS