VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Sumqayıtda yaşayan 14 yaşlı Tellli Axranova müəmmalı şəkildə yoxa çıxıb.


Bu barədə BAKU.WS-ə onun əmisi oğlu İlkin Axranov məlumat verib. Onun sözlərinə görə, Telli yanvarın 24-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Sumqayıtda yaşayan Axranovlar ailəsi qızlarından heç bir xəbər tuta bilmirlər.

Axtarışlar zamanı onu sonuncu dəfə "28 may” metrosu yaxınlığında görüblər. İlkin Axranovun sözlərinə görə, araşdırmalar zamanı qızın Bakı-Sumqayıt qatarı ilə gəldiyi məlum olub.


"Onu Sumqayıtda Bakı-Sumqayıt qatarına minərkən görüblər. Sonradan Telli barədə heç bir məlumat ala bilməmişik”, - deyə İlkin Axranov bildirib.

Qeyd edək ki, Tellli Axranova orta məktəbin 9-cu sinifində təhsil alır. Onun barəsində məlumatı olanlardan 055 949-20-30 saylı telefona zəng etmələri xahiş olunur.

 




Ziya Babayev

BAKU.WS