SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz sakini evinin öz-özünə yandığını iddia edir.

İki gündür ki, evin fərqli otaqlarında alov meydana gəlir, əşyalar yanır.

Hadisə Tovuzun Yuxarı Öysüzlü kənd sakini Mehin Quliyevaya məxsus evdə baş verir. Yanğın zamanı evdə televizor, divan-kreslo, pərdə və elektrik naqilləri yararsız hala düşüb. Alov o qədər güclü olub ki, evi söndürməyə kömək edən iki qonşu da tüstüdən zəhərlənib.

Alovun elektrik naqillərindəki qısaqapanmadan yarandığını zənn edən ev sakinləri, mənzilin elektriklə olan əlaqəsini kəsiblər. Lakin bu dəfə başqa otaqda yenidən yanğın baş verib.

Mehin Quliyeva 19 ildir bu evdə yaşadığını və ilk dəfədir ki, belə hadisə ilə qarşılaşdığını deyib. Yanğının səbəblərini bilməyən ev sakinləri evdə alovdan xilas edilən əşyaları həyətə çıxarıblar.

Yuxarı Öysüzlü kənd bələdiyyəsinin sədri Rüstəm Yusifov "Xəzər Xəbər"ə bildirib ki, onlara müraciət daxil olan kimi evə elektriklə birlikdə baxış keçirilib. Güman edilir ki, yanma elektrik naqillərindən olub. Evin elektrik naqilləri yenilənəcək, zədələnmiş divarlar yenidən təmir olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO