4 uşağın yandığı dəhşətli hadisədən danışdı: “Uşaqların səsi gəlirdi...” (VİDEO)

14
noy
2018
16:33
Daşkəsən rayonunun Quşçu kənd sakini Pənah Tağıyevə məxsus evdə yanğın olub. Hadisədən xəbər tutan qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 150 kvadratmetrlik ev tamamilə yanaraq külə dönüb.BAKU.WS xəbər verir ki, yanğından sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Baxış zamanı otaqdan evin gəlini, Daşkəsən sakini 28 yaşlı Sevinc Tağıyevanın, onun azyaşlı övladları - 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq Tağıyevin, eləcə də ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Ədilxanovanın yanmış cəsədləri aşkarlanıb. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub.Gecə saatlarında otaqların birində başlayan alov qısa zamanda bütün evi bürüyüb. Alov o qədər güclü olub ki, evdə olan 4 uşağı və bir ananın həyatını xilas etmək mükün olmayıb.Ev sahibinin yaxınları və kəndin yerli rəhbərliyi Tağıyevlərin heç kimlə şəxsi ədavəti olmadığını bildiriblər. Yanğının ehtiyatsızlıqdan baş verdiyini güman edirlər.Hadisə şahidi olan kənd sakini Əmir Məmmədov bunları deyib: "Alov evi bürümüşdü. Təmiz yanır, uşaqların səsi gəlirdi. Amma alovu yarıb girmək olmadı. Yanğınsöndürənlərə zəng etdik onlarda gəldi. Ancaq gec idi”.İlkin ehtimallara görə, yanğın yataq otağında yanar vəziyyətdə olan odun sobasından çıxan qığılcımların təsirindən və yaxud da evin daxilindən keçən elektrik naqillərində yaranan qısa qapanmadan baş verib.Faktla bağlı Daşkəsən rayon Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
4 uşağın yanaraq öldüyü evdən görüntülər - VİDEO
Daşkəsən rayonunda dəhşətli yanğın olub.Hadisə rayonun Quşçu kənd sakini, 48 yaşlı Tağıyev Pənah Cəmil oğluna məxsus evdə baş verib. Hadisə zamanı ev sahibi Pən...
