Bakıda gecə klubunda əylənən ərəb fantastik hesab ödədi - FOTO

23
avq
2019
21:46
Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub. BAKU.WS Sputnik Azərbaycan-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb.Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər.Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlmişdi.
Qalereya
Oxşar xəbərlər
Bakıda ərəb turistlər qaldıqları evin sahibinə şok yaşatdılar – VİDEO
Bakıda evini ərəb turistlərə kirayə verən şəxs dəhşətli mənzərə ilə üzləşib.BAKU.WS “bizimyol.info”ya istinadla xəbər verir ki, turistlər yedikləri qidaların tu...
