68 yaşlı kişi oğlu və gəlini tərəfindən döyülüb

68 yaşlı kişi oğlu və gəlini tərəfindən döyülüb
Hadisə 91

Göygöldə döyülmə faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ağdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Hüseynov Məmmədəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə M.Hüseynov gəlini və oğlu tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər