“Relax”da vergi işçilərini döyən deputat oğlu və 5 qohumu saxlanıldı - VİDEO
19
avq
2019
11:03
Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.BAKU.WS APA-ya istinadla xəbər verir ki, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.
Oxşar xəbərlər
Almazbek Atambayev təslim oldu
Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.Bildirilir ki, sabiq prezident ö...