Azərbaycanda toy karvanında qəza baş verdi - FOTO

18
avq
2019
10:55
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində toy karvanı qəzaya düşüb.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Göyçayın Natavan küçəsində qeydə alınıb.Şahidlərin sözlərinə görə, toy karvanında hərəkət edən minik maşını qarşı tərəfdən gələn digər minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Qəzada xəsarət alanlar:Göyçay rayon sakinləri - 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu,1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu,1977-ci il təvəllüdlü Əsgərov Etibar Firuddin oğlu,1962-ci il təvəllüdlü Əhmədov Rafael Yusif oğludur.
Qalereya
Oxşar xəbərlər
Biləsuvar-Salyan yolunda AĞIR QƏZA - VİDEO
Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ə...