SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Suraxanı rayonu ərazisində univermağın tavanının çökməsi nəticəsində 3 nəfər xəsarət alıb.

 

BAKU.WS-in məlumatına görə, xəsarət alanlar 36 yaşlı Elşad Abdullayev və 30 yaşlı Bəhruz məmmədov 3 saylı Sabunçu rayon Xəstəxanasına yerləşdiriliblər.


Xəsarət alanların vəziyyəti normaldır. Onlara çanağın qırılması və yüngül bədən xəsarətləri diaqnozu qoyulub.

 

Ziya Babayev

BAKU.WS
 
***15.46

 

Bakıda univermaq çöküb.


BAKU.WS
-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.

Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.

BAKU.WS