SİZİN REKLAM BURADA!
055 213 76 73


"Buta Airways"ə məxsus İzmirdən Bakıya uçan sərnişin təyyarəsi Gəncə beynəlxalq aeroportunda məcburi eniş edib.

BAKU.WS-in məlumatına görə, təcili enişə səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub.

Göyərtəsində 102 sərnişin olan təyyarə Bakı vaxtı ilə saat 13:42-də Gəncəyə enib. Sərnişinə təcili tibbi yardım göstərilib. Təyyarənin yaxın dəqiqələrdə uçuşa davam edəcəyi gözlənilir.
BAKU.WS