SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıdan Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərinə uçan təyyarə Ufada (Başqırdıstan Respublikası ) məcburi eniş edib.

BAKU.WS xəbər verir ki, buna təyyarənin göyərtəsində olan sərnişinlərdən biri - 1946-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Sitarə Əlibutayevanın halının pisləşməsi səbəb olub.

Təcili olaraq Ufa şəhərinin 20 saylı xəstəxanasına yerləşdirilən qadının stenokardiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Xəstə hazırda müalicəsini davam etdirir. Azərbaycan tərəfi vəziyyəti nəzarətə götürüb.

BAKU.WS