SİZİN REKLAM BURADA!
055 213 76 73



Aeroflot aviaşirkəti ilə uçuş həyata keçirən Moskva-Bakı reysi Volqoqrad hava limanına məcburi eniş edib.

BAKU.WS-in məlumatına görə, buna səbəb göyərtəsində olan bir sərnişinin özünü pis hiss etməsi olub. Volqoqrada məcburi eniş edən təyyarə həmin sərnişini göyərtəsindən düşürərək Volqoqradda 2 saatadək ləngiyib.

Yalnız bundan sonra təyyarə havaya qalxaraq Bakıya istiqamət götürüb.

Azər Əlili
BAKU.WS