AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtmışdır və uğurlu eniş etmişdir
Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıtmışdır.
Havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul etmiş və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş etmişdir.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olmuşdur. Eniş ştat rejimində başa çatmışdır.