AZAL təyyarəsinin tualetindən 18 ədəd iPhone çıxdı - VİDEO

06
avq
2019
14:24
"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd "iPhone" markalı mobil telefon tapılıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub. Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı "iPhone"ların ora yerləşdirilməsi məlum olub. Telefonları ekipaj təyyarəni reysdən əvvəl nəzarətdən keçirən zaman aşkarlayıblar. Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq.O, BAKU.WS-ə bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.Orxan Hüseyn
Oxşar xəbərlər
Külək AZAL-ın işinə təsir edib? – AÇIQLAMA
Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.BAKU.WS xəbər verir ki, bu barədə “...
