Külək AZAL-ın işinə təsir edib? – AÇIQLAMA

05
avq
2019
16:10
Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Trend-ə deyib.P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:"Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir".Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Oxşar xəbərlər
Nazirlik xəbərdarlıq etdi - Hava soyuyur
Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun birinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Milli Hidrometeorologi...
