AZAL-a məxsus təyyarədə insident baş verib
18
mar
2018
09:54
İstanbulun Atatürk Hava Limanında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.“BAKU.WS” “Sabah”a istinadən xəbər verir ki, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.Hadisə yerinə xilasedicilər cəlb edilib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş.
Oxşar xəbərlər
Kiyevdən Bakıya uçan təyyarə təcili eniş edib
Bu gün saat 00:33 radələrində Bakıya enməsi gözlənilən Ukrayna Hava Yollarına məxsus PS-601 saylı təyyarə sərnişinlər mindikdən sonra Kiyev aeroportundan havaya...