Azərbaycan vətəndaşının corablarından 10 ədəd "İphone X" çıxıb - VİDEO
14
sen
2018
11:26
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə BAKU.WS-ə DGK-dan məlumat verilib.Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən müvafiq qaydada sorğu-sual edilib. Vətəndaş özü ilə gətirdiyi 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd mobil telefondan başqa mütləq qaydada bəyan edilməli malların olmadığını bildirib.Lakin vətəndaşın əl yükü rentgen aparatından keçirilərkən, monitorda mobil telefon qutularının təsvirləri görünüb. Bu səbəbdən yük təkrar yoxlanılıb. Vətəndaş əl yükündə gizlətdiyiboş mobil telefon qutuları barəsində sorğu-sual edilərkən isə həmin qutuların içərisindəki telefonların Bakı şəhərində olduğunu bildirib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.Nəticədə, həmin şəxsin corablarının içərisində sellofanlara bükülərək gömrük nəzarətindən gizlədilmiş, hər ayağında 5 ədəd olmaqla, cəmi 10 ədəd "İphone X 64 GB" markalı mobil telefon aşkar edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Gömrük Komitəsi əməliyyat keçirdi: Azərbaycandan 36 min dollar aparmaq istəyənlər tutuldu
Rusiya və Türkiyəyə qanunsuz olaraq xarici valyuta aparmaq istəyən şəxslər saxlanılıb.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-İstanbul...