VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə dalğıcları Xəzər dənizi üzərində qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” qırıcı təyyarəsinin qalıqları və itkin düşən pilotun axtarışlarına başlayıblar.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışlara Dəniz Qüvvələri Komandanlığına məxsus 10 nəfərlik sualtı axtarış-xilasetmə qrupu cəlb olunub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur. 

Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Müdafiə Nazirliyi əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət etmişdi.
BAKU.WS