13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Tanınmış videobloger Hüseyn Əzizoğlu azadlığa çıxıb. 
 
BAKU.WS-ə açıqlama verən bloger həbsinin səbəblərindən danışıb. Hüseyn bildirib ki, həbsinin polislərlə bağlı çəkdiyi vinelərlə əlaqəsi yoxdur:
 
"Bir nəfərlə küçədə mübahisə edərək, insanların içində onu söyməli oldum. O da məni 102 polis xidmətinə şikayət etdi. Polislər də məni ictimai asayişi pozduğum üçün 15 gün azadlıqdan məhrumetmə cəzası verdilər. Həbsimin qətiyyən çəkdiyim polis vineləri ilə əlaqəsi yoxdur. İnstaqram hesabımda olan vinelərin bəzilərin də özüm silmişəm".
 
Videobloger bundan sonra da fəaliyyətini davam etdirəcəyini, yeni işlər üzərində işlədiyini bildirib.
 
BAKU.WS