Azərbaycanda İnstagram-ı "partladan" videoblogerlə müsahibə (VİDEO)
BAKU.WS İnstagram ulduzu Huseyn Əzizoğlu ilə müsahibəni təqdim edir:
- Huseyn Əzizoğlu kimdir?
- Huseyn Əzizoğlu adi bir insandır. Sadəcə biraz yumor hiss çox olan insandır. (gülür) Bu yumor hissindən istifadə edib insanları güldürməyə çalışan biri.
- Sənin bu videobloqu yaratmaqda məqsədin nə idi?
- Videobloqu yaratmaqda məqsədim cəmiyyətdə üzdə olan qüsurları satira və yumor vasitəsilə çatdırmaqdır. Hansılar ki, hazırkı zamanda qlobal problemə çevrilib və həllini hələ də tapmayıb. Ona görə yumorla deyirəm, bunu sərt şəkildə edərək insanlarda qıcıq yaratmaq istəmirəm.
- Belə qısa zamanda sosial şəbəkələrdə tanındın, fenomenə çevrildin. Gələcəkdə bundan da tanınmış biri ola bilərsən. Əgər bu baş versə özünü necə apararsan?
- Mən özüm olduqca səmimi və sadə insanam. Daha çox məşhurlaşsam elə bir özəllik hiss etmərəm.
- Videolarından da göründüyü kimi aktyorluq istedadın var. Rejissorlardan kino üçün təkliflər gəlirmi?
- Təkliflər gəlir. Ən çox reklam çəkilişlərinə görə təkliflər gəlir. Hətta bu yaxınlarda bir reklama çəkilmişəm. Azərbaycanda hələ belə reklam çəkilişi olmayıb. Bu yaxınlarda çıxmalıdır. Belə, film və seriallardan da təkliflər gəlir. Amma hələ ki üzərimdə işləmək istəyirəm, ona görə filmlərə çəkilmirəm.
- Videolarında nə kimi yeniliklər olacaq?
- Hələ ki elə bir yenilik gözlənilmir. Amma fikrimdə var. Bir-iki ay ərzində yeni, daha maraqlı çəkilişlər olacaq. Çalışacam daha profesional işlər təqdim edim.
- Gələcəklə bağlı planların nədir?
- Gələcəklə bağlı planlarım haqda onu deyə bilərəm ki, bir işə başlamışam, hələ ki qısa video roliklərdir. Onları zamanla inkişaf etdirib daha profesional işlər ortaya qoymaq istəyirəm. Videobloqla kifayətlənməyəcəm. Film çəkilişlərinə kimi getmək fikrim var. Hələ ki gələcək planlarıma bunlar daxildir.
- Huseyn Əzizoğlu özünü harda görür?
- Mən özümü Azərbaycanda görürəm. Baxmayaraq ki, xaricdə qohumlarım yaşayır və təklif ediblər gəl burda oxu, istedadını inkişaf etdir. İstəmirəm, burda qalmaq istəyirəm.
- Azərbaycanda hansı sahədə görürsən özünü? Axı sənin jurnalist kimi də fəaliyyətin olub.
- Jurnalistika üzrə fəaliyyətimi dayandırmışam, davam etmək fikrim də yoxdur. Qısa deyim, özümü incəsənətdə görürəm. Ümid edirəm ki, hər şey düşündüyüm kimi uğurlu olar. Ən azı bunun üçün çalışacam.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
"My name is İntiqam” filmilə böyük rezonans yaradan yumor ustası, aktyor Müşfiq Şahverdiyev BAKU.WS -ə ekskuliziv müsahibə verib. Müsahibədə aktyor "My name is...