VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzər dənizində batması ilə bağlı məlumat yayıb.

DSX-nin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

***15:20
Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Bu barədə Dövlət Dəniz Agentliyindən BAKU.WS-ə bildirilib.

Qeyd edilib ki, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

Xilasetmə əməliyyatları həyata keçirilir.
BAKU.WS