"Şəhərdən-Kəndə" layihəsi çərçivəsində 35-ə yaxın təsərrüfatda sahibkarlara dəstək göstərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC tərəfindən həyata keçirilən "Şəhərdən-Kəndə" layihəsi çərçivəsində ümumilikdə 35-ə yaxın təsərrüfatda sahibkarlara dəstək göstərilib.
BAKU.WS xəbər verir ki, bunu "Report"un Cənub bürosuna açıqlamasında Aqrar Tədarük və Təchizat ASC-nin şöbə müdiri Nilufər Mustafaqızı deyib.
O, bildirib ki, bu təsərrüfatlardan dördü Lənkəranda yerləşir:
"Aqroturizmin inkişafı üçün hesablanan "Şəhərdən-kəndə" layihəsi həm də fermer təsərrüfatlarının gemişlənməsinə töhfə verməsi üçün başladılıb, onların gəlir mənbələrini daha da artırmaq, optimallaşdırmaq üçün hesablanıb".
N.Mustafaqızı bildirib ki, dəstək göstərilən təsərrüfatlar sıfırdan başlayan deyil, artıq bir neçə müddət ərzində təsərrüfat yaradaraq onu idarə edən və bu təsərrüfatı aqroturizmə çevirməyi hədəfləyən fermerlər olmalıdır.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...