SİZİN REKLAM BURADA!
055 213 76 73


"Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür". 

BAKU.WS xəbər verir ki, bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntünün yayılması barədə “ordu.az”ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır.

"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır.

İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, sözügedən video görüntü İtaliyadakı 2017-ci il aviaşousu zamanı qeydə alınıb. Müdafiə Nazirliyi redaksiyamıza həmin video görüntünü də təqdim edib.
BAKU.WS
VİDEO