SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ANS Şirkətlər Qrupunun vitse-presidenti Mir Şahinin səhhətində ciddi problem yaranıb.

BAKU.WS məlumat verir ki, Mir Şahin Ağayevin ürəyində ciddi problem yaranıb. Jurnalist təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

BAKU.WS ANS Şirkətlər Qrupu prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədovla əlaqə saxlayıb. Mais Məmmədov açıqlamasında məlumatı təsdiqləyib. 

"Xəbər doğrudur, Mir Şahin xəstəxanaya yerləşdirilib. Səhhətində ciddi problemlər vardı. Bu gün qəfildən halı pisləşib".
 
Qeyd edək ki, ötən gün MTRŞ-nın qərarı ilə Mir Şahinin təqdimatında ANS telekanalında yayımlanan "Hesabat" verlişinin yayımına qadağam qoyulmuşdu. Bu gün isə MTRŞ qərarını dəyişərək verlişinin yayımına qoyduğu qadağanı geri götürüb.
 
BAKU.WS