55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorladı – Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT

22
iyl
2019
11:51
Sumqayıt şəhərində 55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorlayıb.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.8 yaşlı qız nənəsigilə qonaq gəlibmiş, öz evlərinə geri qayıdarkən yolda 55 yaşlı kişi ilə rastlaşıb. Həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb.Onu yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb.Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb.Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.
Oxşar xəbərlər
14 yaşlı qızı otelə aparıb intim münasibətdə olan şəxsin məhkəməsi başlayır
On altı yaşına çatmayan qızla intim münasibətdə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.BAKU.WS report-a istinad...
