Bakıda yeni liftlər quraşdırılır – FOTO

Bakıda yeni liftlər quraşdırılır – FOTO
Foto
Hadisə 1077
Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Almaniyanın Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalayıb.Bakı Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. Bu ilin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək.Hazırda gətirilən liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb.Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunacaq.

Oxşar xəbərlər

Bakıda binalara yeni liftlər quraşdırılacaq - Qiyməti 13 min dollar

Bakıda binalara yeni liftlər quraşdırılacaq - Qiyməti 13 min dollar

İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır.BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid...

1079 Sosial 15:25 01 may 2019

Son xəbərlər