SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda oğurluq hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xəqani küçəsində Rəfiqə Musayevaya məxsus mənzildə qeydə alınıb.

Bu gün sabaha yaxın naməlum şəxs və ya şəxslərin mənzilə girdiyi və ilkin məlumatlara görə, oradan əsasən məişət əşyalarının aparıldığı məlum olub.

Hadisə yerinə Tovuz rayon Polis İdarəsinin rəsmiləri gəlib.


Hüquq mühafiizə orqanı əməkaşları mənzilə baxış keçirib.

Faktla bağlı hələlik saxlanılan yoxdur. İlkin məlumatlara görə, ev sahibi bir neçə il bundan öncə dünyasını dəyişib.

Mənzildə isə oğlu və gəlini yaşayırmış. Qadının oğlu təxminən 1 ildir ki, Rusiyadan gəlib.
BAKU.WS