Qazaxda 24 yaşlı gənc su anbarında boğuldu
24
iyn
2019
19:42
Qazax rayonunda boğulma faktı qeydə alınıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Dağkəsəmən kənd sakini Nəbiyev İlham Mirzə oğlu Kürçayının Ağstafa rayonu istiqamətindən keçən hissəsində, Ağstafa çay su anbarında boğulub. İlikin məlumatlara görə mərhum dostları ilə su anbarında üzürmüş. Bu zaman qəfildən gözdən itib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dalğıc Xilasetmə qurupu cəlb olunub və 24 yaşlı şəxsin meydi sudan çıxarılaraq ailəsinə təhvil veriib. Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açlıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Daha bir nəfər suda boğuldu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik (nəzarətsiz) əra...