Şəmkir rayonunda qardaş-qardaşını bıçaqlayıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun özündə eydə alınıb.

Hafiz Əliyev bıçaq yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

İlk olaraq yaxınları yaralının yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan müəyyən olunub ki, Hafiz Əliyevi qardası 1981-ci il təvəllüdlü İntiqam Əliyev bıçaqlayıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində polis sonuncunu saxlayıb.

İlkin məlumatlara görə, hadisə iki qardaş arasında baş verən mübahisə zəmnində yaşanıb.

Hazırda Şəmkir rayon Polisi İdarəsində araşdırmalara başlanılıb.

Hadisənin təfərrüatları öyrənilir.
BAKU.WS