SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***11:41

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

***10:18

Bakıda mağazada yanğın baş verib. 

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS-in "qaynar xətti"nə gələn görüntünü təqdim edirik:
BAKU.WS
VİDEO