Gəncə sakini yaşadığı evdə özünü asdı.

BAKU.WS bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ordubadi küçəsi 170 ünvanında qeydə alınıb.

56 yaşlı şəhər sakini Tufan Babayevin cəsədi mənzilində ipdən aslı vəziyyətdə tapılıb.

Yaxınlarının sözlərinə görə mərhum bir neçə xəstəlikdən əziyyət çəkirmiş. Canına qıymasının səbəbi  də ağırılara dözə bilməməsi olub.

Hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin rəsmiləri gəlib.

Meyidə baxış keçirilib, faktla bağlı cinayət işi açılıb.
BAKU.WS