Gəncədə evə tank mərmisi düşdü - Zakir Həsənov tapşırıq verdi

18
iyn
2019
11:44
Azərbaycan Müdafiə naziri Zakir Həsənov Gəncədə “Seyfəli” poliqonunda tank mərmisinin yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, nazir bildirib: "Seyfəli" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xöşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi".Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.
Oxşar xəbərlər
Müdafiə naziri hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikas...
