SİZİN REKLAM BURADA!
055 213 76 73


“Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətl əmrini verməkdə günahlandırılan Səudiyyə Ərəbistanının vəlihədi Məhəmməd bin Salman Türkiyəyə mesaj göndərib.

BAKU.WS xəbər verir ki, Salman hadisədən sonra ilk dəfə olaraq ərəb qəzeti olan “Asharq al-Awsat”a müsahibə verib.

O, açıqlamasında bildirib ki, Camal Haşoqqinin qətli dəhşətli cinayətdir.

“Bu cinayətə siyasi don geyindirmək düzgün deyil. Əgər jurnalistin qətlə yetirilməsilə bağlı kiminsə əlində tutarlı sübutlar varsa, buyurub məhkəməyə təqdim edə bilər”, - deyə Məhəmməd bin Salman bildirib.

Vəlihəd onu da vurğulayıb ki, qətlin onun tərəfindən sifariş olunması ilə bağlı ittihamların heç bir əsası yoxdur:

“Camal Haşoqqi Səudiyyə Ərəbistanının vətəndaşı idi. Krallıq cinayətin açılması üçün bütün imkanlarından istifadə edəcək”.

Məhəmməd bin Salman eyni zamanda Türkiyə ilə münasibətlərə də toxunub:

“Biz bütün ölkələrlə, o cümlədən Türkiyə ilə xoş münasibətlərdə olmaq istəyirik. Eyni zamanda, ölkəmizin suverenliyini qorumaq niyyətindəyik. İslam dinindən öz mənafeləri üçün istifadə edənlərə qarşıyıq”.

Qeyd edək ki, Camal Haşoqqinin ötən ilin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb.

Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.

Xatırladaq ki, “Haber7” saytı yazıb ki, Haşoqqini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb.

Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.

Bildirilib ki, 31 yaşlı pilot jurnalistin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub.

Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21:46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.

Səudiyyəli vəkil Haşoqqi cinayətində şübhəli bilinən 11 nəfərdən 5-i üçün edam cəzası istəyib.

Vəkil cinayətlə bağlı şok məqamları açıqlayıb. O, bildirib ki, Camal Haşoqqini məhz bu 5 nəfər qətlə yetirib. Digər 6 nəfər isə qətlin reallaşmasında yardım ediblər.

“Camal Haşoqqiyə öldürücü dozada dərman verilib. Daha sonra onu boğublar. Cəsədi parçalara ayırıblar. Jurnalistin cəsədinin hissələri konsulluqdan çıxarılıb.

Bu vəhşiliyi isə 11 nəfərdən ibarət qrup həyata keçirib. Haşoqqiyə ölümqabağı əzab verənlər isə məhz 5 nəfər olub”, - deyə vəkil bildirib.

Vəkil onu da xatırladıb ki, Səudiyyə Ərəbistanı hökuməti Camal Haşoqqinin tutularaq ölkəyə aparılmasını tələb edirdi. Konsulluqda isə buna nail olmadıqda onu öldürmək qərarına gəliblər.

Ziya SƏCCAD
BAKU.WS