SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nəqliyyat Nazirliyi müfəttişliyi Bakıda avtobus sürücülərinə qarşı reydlərə başlayıb.


Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızının BAKU.WS-ə verdiyi məlumata görə, reydlər bu gün səhər saatlardan başlanılıb.

"Hazırda nəzarət "Elmlər Akademiyası” metrosu yaxınlığında. Space TV-nin qarşısında aparılır. Əsas reydlrə dayanacaq qoyulmamış ərazilərdə aparılacaq”.

Şəfa Mehmanqızı bildirib ki, 2 gün idi ki, avtobus şirkətlərinin rəhbərlərinə və sürücülərə xəbərddarlıq edilmişdi.

"Bu gündən əgər hansısa sürücü qaydanı pozarsa, avtobus cərimə meydançasına aparılacaq. Həmin avtobusu son dayanacaqdan götürüb cərimə meydançasına aparacaqlar. Sürücü isə yüksək məbləğdə cərimələnəcək. Sərnişinlərdən də xahiş edirik ki, sürücüləri qayda pozmağa vadar etməsinlər”, - deyə Şəfa Mehmanqızı bildirib.

Qurum rəsmisi hələlik cərimənin məbləğini açıqlamayıb.

Ziya Səccad
BAKU.WS