SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskva ətrafında yol polisləri məmur kortejinə görə içərisində südəmər uşaq olan təcili yardımın yolunu kəsib. 
 
BAKU.WS-in məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra paytaxt polisi faktla bağlı yoxlamalara başlayıb. 
 
 
Videonu çəkən şəxs polisə müraciət edərək bildirib ki, təcili yardım maşınında körpə uşaq var və maşını təcili buraxmaq lazımdır. Ancaq bu təkidlərə baxmayaraq yol polisi nəqliyyatın hərəkətini dayandırıb və fikrindən dönməyib. 

Moskva polisi dövlət yol polisi əməkdaşı haqqında araşdırma başladılması barədə qərar qəbul edib. Bu hadisədən sonra Rusiyada təcili tibbi yardım maşınlarına xüsusi icazənin verilməsi məsələsi müzakirəyə çıxarıb.
 
 
BAKU.WS